Sizin reklam burada
Sizin reklam burada

Quterreş: "Ümumilikdə 11 ölkə ödənişləri gecikdirib"

 Quterreş: "Ümumilikdə 11 ölkə ödənişləri gecikdirib"
İran, Venesuela, Sudan, Antiqua, Barbud, Konqo, Qvineya və Papua-Yeni Qvineya (8 ölkə) BMT-də səsvermə hüququndan məhrum edilib.
Buna səbəb bu ölkələrin üzvlük haqqını verməməsidir.

BMT Baş katibi Antonio Quterreş ümumilikdə 11 ölkənin ödənişləri gecikdirdiyini açıqlayıb.

Quterreş səsvermə hüququnun bərpası üçün ölkələrin ödəyəcəyi minimal məbləği də açıqlayıb. İran üçün bu 18 milyon dollardır, Sudan üçün 300 min, Venesuela üçünsə 40 milyon.

Qeyd edək ki, ötən il də İran səsvermə hüququndan məhrum edilmişdi. Lakin İran ABŞ sanksiyalarına görə minimal məbləği də ödəmək imkanı olmadığını açıqladığı üçün iyunda ona güzəşt tətbiq edilmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş