Sizin reklam burada
Sizin reklam burada

"Koronavirus daha çox mövsümi qrip kimi müalicə olunacaq"

"Koronavirus daha çox mövsümi qrip kimi müalicə olunacaq"
"Microsoft" şirkətinin qurucusu Bill Qeyts "omikron" ştammı dalğasının düşdüyündən sonra koronavirusa yoluxma hallarının azalacağını proqnozlaşdırır.
Bu barədə B.Qeyts öz "Twitter" səhifəsində yazıb.

B.Qeyts bildirib ki, müxtəlif ölkələrin səhiyyə sistemləri COVID-19-un "omikron" ştammının dalğası ilə birlikdə çətinliklərlə üzləşəcək. O hesab edib ki, xəstəliyin ən ağır halları peyvənd olunmamış vətəndaşlar arasında müşahidə olunacaq.

Bununla belə, B.Qeyts "omikron" dalğasından sonra koronavirusa yoluxma hallarının azalacağını proqnozlaşdırıb:

"Omikron" ölkədən keçdikdən sonra ilin qalan hissəsi daha az xəstələnmə olmalıdır, buna görə də koronavirus daha çox mövsümi qrip kimi müalicə olunacaq".

Conflict.az

  • Sosial şəbəkədə paylaş