Sizin reklam burada
Sizin reklam burada

“Macarıstan təkcə Viktor Orbandan ibarət deyil"

“Macarıstan təkcə Viktor Orbandan ibarət deyil"
Macarıstan Baş naziri Viktor Orbanın Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə danışaraq son olaylarla əlaqədar onunla həmrəy olduğunu bildirməsi Çexiya rəsmiləri tərəfindən kəskin reaksiya ilə qarşılanıb.
Çexiya parlamentinin spikeri Marketa Pekarova-Adamova Orbanın faktiki olaraq Qazaxıstan vətəndaşlarının güllələnməsini dəstəklədiyini bildirib.

“Macarıstan təkcə Viktor Orbandan ibarət deyil. Orada xeyli vətəndaş yaşayır. Bu kimi açıqlamalar onlarda xeyli suallar doğurur. Mən vətəndaşları dəstəkləyirəm”, - deyə spiker bildirib.

Çexiya xarici işlər naziri Yan Livavski parlament sədrini dəstəkləyib:

“Xəbərdarlıqsız güllələmə əmri verən prezident həmrəyliyə ehtiyac duymur. Biz Qazaxıstan xalqı ilə həmrəyik”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş