
Qarşıdan gələn Rusiya-NATO danışıqlarından əldə edilə biləcək ən pis nəticə köhnə mövqelərin təkrarlanması olacaq.
Bu açıqlama ilə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin çıxış edib.
"12 yanvardakı danışıqların nəticəsi necə olacaq? - Ən pisi son bir neçə ildə olduğu kimi, NATO-nun köhnə mövqelərinin təkrarlanması. Lakin NATO-Rusiya Şurası bunun üçün yaradılmayıb. Şura müzakirə etmək və həll yollarını, ortaq nöqtələri tapmaq üçün yaradılıb", - Kelin vurğulayıb.
Conflict.az