Sizin reklam burada
Sizin reklam burada

Putin Lukaşenkonun dili ilə mesajını verib

Putin Lukaşenkonun dili ilə mesajını verib Putin Lukaşenkonun dili ilə mesajını verib
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev KTMT qoşunlarının 2 gün sonra Qazaxıstandan çıxarılmağa başlanacağını, prosesin 10 gün içində bitəcəyini açıqladı.

Baş verənlərin hədəfləri fonunda rus qoşunlarının ölkədən çıxması Moskvanın qarşılığında alacaqları ilə bağlı ola bilər:

Birincisi, Qazaxıstanın Belarus ssenarisi üzrə İttifaq Dövləti müqaviləsi imzalamasıdır: Putin Lukaşenkonun dili ilə artıq bunun mesajını verib və mümkündür ki, yaxın dövrdə məsələ gündəmə gəlsin;

İkincisi, rus mədəni təsirinin saxlanılmasıdır: rus dilinin rəsmi statusu qaytarılmasa belə, tədris prosesində genişləndiriləcəyi gözləniləndir. Tokayev də bildirdi ki, Rusiya texniki universitetlərinin Qazaxıstanda filialları açılacaq;

Üçüncüsü, Rusiya hərbi bazasının yaradılması ola bilər.

Hərbi bazanın yaradılmasının mümkünlüyü fonunda “rus qoşunları Qazaxıstandan tamamilə çıxacaqmı” sualı diqqət çəkir. Rəsmi məlumata görə, Qazaxıstana gələn KTMT kontingentinin sayı 2,4 min nəfərdir, bunun da böyük hissəsi rus hərbçiləridir. Qeyri-rəsmi məlumatlarda isə Rusiyanın 10 minə yaxın hərbçi göndərdiyi bildirilir. İstisna deyil ki, KTMT qüvvələri ölkədən çıxsa da, rus hərbçiləri qeyri-rəsmi formada qalacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş