Sizin reklam burada
Sizin reklam burada

Virus laboratoriya səhvi nəticəsində ortaya çıxıb

Virus laboratoriya səhvi nəticəsində ortaya çıxıb
“Koronavirusun "deltakron" ştamı virusun iki variantının birləşməsi deyil”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove özünün tviterdəki hesabında yazıb.
O, həmçinin "deltakron" adından istifadə olunmamasını təklif edib. Təşkilat rəsmisi hesab edir ki, "deltakron" laboratoriya səhvi nəticəsində ortaya çıxıb.
ÜST nümayəndəsi qrip və COVID-19-un eyni vaxtda xəstəlik mənasını verən “deltakron”, eləcə də “fluron” anlayışından istifadə etməməyə çağırıb.
"Bu sözlər virusların variantların birləşməsini nəzərdə tutur, amma bu baş vermir. "Deltakron” yəqin ki, ştamların ardıcıllaşdırması zamanı çirklənmədir", - o tviterdə yazıb.
Qeyd edək ki, koronavirusun ilk dəfə Kiprdə aşkarlanan yeni ştamının daha əvvəl məlum olan iki variantın – “delta” və “omikron” variantlarının kombinasiyası olduğu bildirilirdi. Buna görə də yeni ştam törədicilərinə müvafiq olaraq “deltakron” adlandırılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş