
Cenevrədə Rusiya ilə danışıqlardan sonra ABŞ hələ də Ukraynanın NATO-ya üzv ola biləcəyinə inanır.
Bu açıqlama ilə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.
"Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməyib. NATO açıq qapı siyasəti aparır. NATO-ya üzv olmaq istəyən hər bir ölkənin bu imkanı olmalıdır. Ukrayna bizim tərəfdaşımızdır, onunla daim əlaqə saxlayırıq. Lakin bu məsələdə mövqeyimiz dəyişməyib və bu, NATO-nun açıq qapı siyasətinə uyğundur", - Prays vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Conatan Fayner də Ukraynanın NATO-ya daxil olub-olmamasına Rusiyanın qərar vermədiyini açıqlayıb.
Xatırladaq ki, Rusiya ABŞ və Avropaya təqdim etdiyi təhlükəsizliklə bağlı təkliflərdə Ukraynaın NATO-ya üzv olmayacağına təminat verilməsini tələb edib.
Conflict.az