
ABŞ Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə ciddi yanaşır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Rusiya ilə ABŞ arasında təhlükəsizlik təminatlarına dair danışıqlar mürəkkəb, dərin və konkret olub.
Bu gün Rusiyanın təşəbbüsü ilə Cenevrədə təhlükəsizlik zəmanətləri ilə bağlı tam ştatlı danışıqlar aparılıb. Söhbət çətin, uzun, çox peşəkar, dərin, spesifik, heç bir şeyi bəzəmədən, hər hansı kəskin bucaqları keçmək cəhdləri olmadan keçdi", - Ryabkov vurğulayıb.
Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizlik təminatı məsələlərinə dair danışıqlar keçirilib.
Conflict.az