Sizin reklam burada
Sizin reklam burada

"Problem tezliklə həll edilməlidir"

"Problem tezliklə həll edilməlidir"
Belarus sərhədində yaşanan miqrasiya böhranı həll edildi. Fövqəladə vəziyyəti ləğv edib konstitusiya dəyişikliyi üzərində işə başlaya bilərik.
Bunu Litvanın Prezidenti Gitanas Nauseda deyib.
"Bələdiyyə seçkiləri ilə bağlı proses uzandı və biz xalqımıza bu problemi həll etməyə borcluyuq. Problem tezliklə həll edilməlidir", - deyə o bildirib.
Nauseda əlavə edib ki, zərurət yaranarsa, gələcəkdə yenidən fövqəladə vəziyyət elan oluna bilər.
Qeyd edək ki, Litva Konstitusiyasına görə, fövqəladə vəziyyət və müharibə zamanı konstitusiyaya düzəlişlər edilə bilməz.

Conflict.az

  • Sosial şəbəkədə paylaş