Sizin reklam burada
Sizin reklam burada

"Son gördüyüm vəziyyəti ilə hazırkı vəziyyətini müzakirə etmək mümkün deyil"

"Son gördüyüm vəziyyəti ilə hazırkı vəziyyətini müzakirə etmək mümkün deyil"
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ölkədəki yoxsulluğu aradan qaldırmaq üçün iqtisadi plan üzərində işləyir.
Bu sözləri Vahid Milli Hərəkat Partiyasının üzvü Eka Xerxeulidze Saakaşvilini cəzaçəkmə müəssisəsində ziyarət etdikdən sonra deyib.
O bildirib ki, Saakaşvili daha yaxşı görünür və sabah dövlət müfəttişliyi xidmətinin əməkdaşları ilə görüşə hazırlaşır:
"Saakaşvilinin Qoridə son gördüyüm vəziyyəti ilə hazırkı vəziyyətini müzakirə etmək mümkün deyil. O, vizual olaraq hazırda daha yaxşı görünür. O, siyasi olaraq formadadır. Saakaşvili hazırda ölkədəki yoxsulluğu məğlub etmək üçün iqtisadi plan üzərində işləyir. Saakaşvili cəmiyyəti narahat edən problemlərin həll edilməsi ilə məşğuldur", - deyə E.Xerxeulidzə əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş