Sizin reklam burada
Sizin reklam burada

Şri-Lanka neft borcunu Seylon çayı ilə ödəyəcək

Şri-Lanka neft borcunu Seylon çayı ilə ödəyəcək
Şri-Lanka 251 milyon dollar neft borcunu ödəmək üçün hər ay İrana 5 milyon dollar dəyərində Seylon çayı göndərəcək.
İran mətbuatında yer alan xəbərə görə, Tehran hökuməti bu təklifi qəbul edib.
İran Ticarətə Dəstək Təşkilatının prezidenti Əlirıza Peymanpak bildirib ki, son danışıqlarda Şri-Lankada istehsal olunan çayın aylıq daşınması yolu ilə İrana olan borc və faizləri ödəmək üçün yazılı razılığa gəlinib.
Şri-Lankanın naziri Pathirana qeyd edib ki, razılaşma İrana qarşı beynəlxalq sanksiyaları pozmayacaq və çay kimi qida məhsulları sanksiyalar çərçivəsində deyil.
Qeyd edək ki, Şri-Lankanın Kənd Təsərrüfatı Sənayesi naziri Rameş Pathirana daha əvvəl 251 milyon dollar borcu ödəmək üçün İrana hər ay 5 milyon dollar dəyərində Seylon çayı göndərməyi planlaşdırdıqlarını açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş