Sizin reklam burada
Sizin reklam burada

"Hakimiyyəti müxalifətlə açıq söhbət aparmağa çağırıram”

"Hakimiyyəti müxalifətlə açıq söhbət aparmağa çağırıram”
Keçmiş prezident Pyotr Poroşenkonun həbsinə cəhd edilməsi hazırki Prezident Vladimir Zelenski üçün sağalmaz nəticələrə gətirib çıxaracaq.
Bu sözləri Ukraynanın sabiq baş naziri Arseni Yaçenyuk deyib.
“Poroşenkonun həbsinə cəhd Zelenski üçün bərpaolunmaz nəticələr yarada bilər. Yanukoviçdən soruşa bilərsiniz. Mən ixtilaf və siyasi təqib əvəzinə hakimiyyəti müxalifət və vətəndaşlarla Rusiya təhlükəsindən necə qorunmaq barəsində açıq söhbət aparmağa çağırıram”, - deyə Yaçenyuk bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna Baş Prokurorluğunun məhkəmədən Poroşenkonun "vətənə xəyanət" maddəsi üzrə həbs olunmasını xahiş edəcəyi bildirilmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş