Sizin reklam burada
Sizin reklam burada

"Mənim nəzərimdə əsas düşmən iranlılardır”

"Mənim nəzərimdə əsas düşmən iranlılardır”
2020-ci ilin yanvarında Bağdad yaxınlığında ABŞ pilotsuz uçan aparatı vasitəsilə öldürülən “Qüds” Qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsində İsrail rol oynayıb.
Xarici KİV xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general-mayor Tamir Hayman bildirib.
O, bu qətli vəzifədə olduğu müddətdəki iki mühüm qətldən biri kimi qiymətləndirib.
“Süleymaninin öldürülməsi bir nailiyyətdir, çünki mənim nəzərimdə əsas düşmən iranlılardır” - Tamir Hayman deyib.
General əlavə edib ki, İsrail İran silahlarının və resurslarının bölgədə yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş