Sizin reklam burada
Sizin reklam burada

"Qiymət artır"

"Qiymət artır"
Avropa bazarlarında elektrik enerjisinin qiyməti rekord səviyyəyə çatır.
Bu, Nord Pool elektrik birjasının məlumatlarına əks olunub.
Fransada 1 meqavat-saat orta sutkalıq qiymət 442,88 avroya, Almaniyada 431,98 avroya çatıb - söhbət rekord rəqəmlərdən gedir. Digər ölkələrdə də qiymət artır - Belçika və Avstriyada da bu rəqəm 430 avronu keçir.
Elektrik enerjisi gözlənilən soyuqlar fonunda bahalaşıb.
Avropada qaz bu il təxminən 600 faiz bahalaşıb. Enerjinin bahalaşması, öz növbəsində, inflyasiyanı sürətləndirib və bu, artıq koronavirusun yeni ştammı təhlükəsi ilə üzləşmiş ölkələr üçün problemə çevrilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş