arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

İnflyasiya ölkələrin mərkəzi banklarının siyasət reaksiyasından asılı olacaq

İnflyasiyanın risk balansında artırıcı amillər üstün mövqeyini saxlayır.

Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumatda bildirilir ki, mövcud inflyasiyanın xarakteri nəzərə alınmaqla başlıca risk xarici və daxili xərc amillərinin təsirinin proqnozlaşdırılan səviyyədən daha yüksək qalıcılığa malik olması və inflyasiya gözləntilərinin hədəf ətrafında lövbərləşməsini gecikdirməsi potensialıdır.

Dünya əmtəə bazarlarında, xüsusən ərzaq bazarında qiymət artımlarının, tərəfdaş ölkələrdə inflyasiyanın, beynəlxalq təchizat-logistika zəncirində problemlərin, eləcə də ölkə daxili qiymət və tariflərin liberallaşmasının qiymətlərə artırıcı təsirlərinin qalıcılığı ilə əlaqədar qeyri-müəyyənliklər artmaqdadır. Tərəfdaş ölkələrdə inflyasiya bu ölkələrin mərkəzi banklarının siyasət reaksiyasından da asılı olacaq.

Daxili tələbin iqtisadiyyatın artım potensialı ilə müqayisədə daha yüksək templə artması da inflyasiyaya artırıcı təsir göstərə biləcək amildir.

Profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi platforma risk balansında artırıcı amilləri ortamüddətli perspektivdə neytrallaşdırma potensialına malikdir. 2022-ci ilə qəbul edilmiş dövlət büdcəsində neft transfertlərinin əvvəlki illə müqayisədə artması milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcək. Digər tərəfdən anti-inflyasiya xarakterli pul siyasəti daxili tələbin monetar amillərin tarazlı səviyyədə qorunmasına xidmət edəcək. Müvəqqəti xarici və daxili xərc amillərinin qiymətlərə təsiri neytrallaşdıqca, balanslaşdırıcı rol oynayan monetar amillərin inflyasiyaya azaldıcı təsirləri güclənəcək.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcəkdir. Pul siyasətinə dair adekvat qərarlar verə bilmək üçün Mərkəzi Bank bundan sonra da inflyasiyanın xərc və təklif amillərini sıx monitorinq edəcək, dünya və ölkə iqtisadiyyatlarının müxtəlif ssenarilərdə inkişaf proqnozlarını nəzərdən keçirəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ