Sizin reklam burada
Sizin reklam burada

"İran razılaşmadan kənara çıxmayıb"

"İran razılaşmadan kənara çıxmayıb"
İranın uranı 90 faiz zənginləşdirməsi haqqında irəli sürülən iddiaların heç bir əsası yoxdur.
Bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İran heç zaman razılaşmadan kənara çıxmayıb və bundan sonra da çıxmaq fikrində deyil.
Onun sözlərinə görə, bu kimi bəyanatlar İrana qarşı təzyiq istəyindən irəli gəlir.
M.İslami qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın atom istehsalı prosesi ilə tanışdır və əgər uranın 90 faiz zənginləşməsi baş versəydi, bundan MAQATE-nin xəbəri olardı.
Nəzərə çatdırılıb ki, bu kimi iddialarla İranın beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. Lakin İran hər zaman sübut edib ki, beynəlxalq qanunlara və normalara riayət edən bir dövlətdir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş