Sizin reklam burada
Sizin reklam burada

Sərhəd xəttində naməlum şəxslər atəş açdı

Sərhəd xəttində naməlum şəxslər atəş açdı
Qırğızıstan-Tacikistan sərhədində silahlı atışma baş verib.
Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidməti məlumat yayıb.
Bildirilib ki, Qırğızıstanın Batken rayonunun Daxma ərazisinin Tacikistanla sərhəd xəttində naməlum şəxslər 7-8 dəfə atəş açıb.
Atəşin ov tüfəngindən açıldığı ehtimal edilir. Hadisənin araşdırılması üçün əraziyə hər iki ölkənin sərhəd xidmətinin yüksək rütbəliləri gəlib. Tərəflər atışmada əli olan şəxslərin axtarışı üçün tədbirlər görməyə razılaşıblar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş