
"Ermənistan ilk növbədə Konstitusiyasında Azərbaycan və Türkiyə kimi qonşularıyla normal sülh, əməkdaşlıq şəraitində yaşaması üçün bu ölkələrə qanunsuz iddiaları ilə bağlı maddələri dəyişməlidir..."
"Konstitusiyaya dəyişiklik etmək lazımdır. Fərqi yoxdur, prezident və ya parlamentli idarəetmə sistemi olacaq. Güclər balansını təmin etmək vacibdir".
Bunu noyabrın 29-da Ermənistan prezidenti Armen Sarkisyan gələcək jurnalistlər - Aİ-nin dəstəyi ilə həyata keçirilən "Avropa Media Platforması: Etibarlı və Peşəkar Medianın qurulması" proqramının iştirakçıları ilə görüşündə bildirib.
Qəsbkar ölkənin prezidenti qeyd edib ki, açıq dövlət modeli mühacirətin qarşısını alacaq.
“Bu gün bir çox ermənilər müəyyən uğur əldə etdikdən sonra Ermənistana mühacirət etmək barədə düşünürlər. Cəmiyyət açıq olsaydı, insanlar getmək haqqında düşünməzdilər. Qapalı model nəticəsində mühacirət daimi olacaq. Ona görə deyirəm ki, biz Konstitusiyanı dəyişməliyik. Hökumət sisteminin parlament və ya prezident olmasının fərqi yoxdur. Güclər balansını təmin etmək vacibdir. Mühafizə mexanizmlərinə ehtiyac var"- deyə A.Sarkisyan əlavə edib.
Conflict.az