
Ümid edirəm ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili aclığı bərpa etməyəcək.
Bu sözləri Avropa Parlamentinin deputatı Mariya Kalyurand deyib.
“Çox ümid edirəm ki, Saakaşvili provokasiya kimi qəbul ediləcək addım atmayacaq. Sizə provokasiya və daha çox qütbləşmə gərək deyil. Gürcüstana sülh, stabillik və islahatlar lazımdır”, - deyə Kalyurand deyib.
Qeyd edək ki, Saakaşvili Qori hərbi hospitalına yerləşdirildikdən sonra 50 günlük aclıq aksiyasını dayandırıb.
Conflict.az
