Sizin reklam burada
Sizin reklam burada

"Pfizer" 100 faiz effekt göstərdi

"Pfizer" 100 faiz effekt göstərdi
"Pfizer-BioNTech" peyvəndi ikinci dozanın vurulmasından dörd ay sonra 12-15 yaş qrupunda COVID-19-a qarşı 100 faiz effekt göstərib.
Bu barədə "Pfizer" şirkəti öz saytında xəbər verib.
Açıqlamada dərmanın klinik sınaqlarının üçüncü mərhələsində iştirak edən 2228 yeniyetmədən yalnız 30-da xəstəliyin əlamətləri olduğu qeyd edilib. Lakin, onların hamısı Pfizer-BioNTech peyvəndini deyil, boş dərman (plasebo) qəbul ediblər. Beləliklə, peyvənd hər iki dozanın vurulmasından dörd ay sonra 100 faiz effektivliyini göstərdi.
Həmçinin qeyd olunub ki, sınaq zamanı ikinci dozadan sonra altı ay ərzində nəzarətdə olan yeniyetmələrin sağlamlığında ciddi təhlükə aşkar edilməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ