Sizin reklam burada
Sizin reklam burada

"Rusiyaya bildirdik ki, ilkin şərt olmadan normallaşma prosesinə başlamağa hazırıq"

"Rusiyaya bildirdik ki, ilkin şərt olmadan normallaşma prosesinə başlamağa hazırıq"
İrəvan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün vasitəçilik etmək istəyi ilə Moskvaya müraciət edib.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan "Azadlıq" radiosunun erməni xidmətinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistanın bir sıra tərəfdaşları, o cümlədən Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsində vasitəçi kimi çıxış etməyə hazır olduqlarını bildiriblər. Erməni tərəfi isə Kremlə üz tutub.
“Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazır olduqlarını bəyan ediblər. Və biz Rusiyaya bildirdik ki, ilkin şərt olmadan Ermənistan-Türkiyə normallaşması prosesinə başlamağa hazırıq. Nə vaxt belə bir proses başlayarsa, təbii ki, biz bu barədə məlumat verəcəyik”, - Unanyan söyləyib.
"Bu ilin avqustundan başlayaraq ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın baş naziri və Türkiyə Prezidenti sərhədin o tərəfindən müsbət mesajlar aldıqları barədə bir neçə bəyanat veriblər. Hətta Türkiyə Prezidenti sentyabrda bəyan edib ki, Ermənistanın baş naziri Gürcüstanın baş naziri vasitəsilə ona görüş təklif edib, lakin Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, görüşün baş tutması üçün İrəvan Zəngəzur dəhlizinə doğru aydın və konkret addımlar atmalıdır.
Ertəsi gün Ermənistan baş nazirinin mətbuat katibi Ərdoğana cavab verib və bildirib ki, dəhliz məntiqi erməni tərəfi üçün qəbuledilməzdir, lakin İrəvan Ankara ilə təmaslara hazırdır.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, o vaxtdan Ankara ilə İrəvan arasında birbaşa danışıqlar olmayıb" - "Azadlıq" radiosunun şərhində belə deyilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ