Sizin reklam burada
Sizin reklam burada

Blinken Gürcüstana təşəkkür etdi

Blinken Gürcüstana təşəkkür etdi
ABŞ-ın dövlət katibi Entoni Blinken Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə məktub göndərib.
Bu barədə Gürcüstan XİN məlumat yayıb.
Blinken Əfqanıstandan ABŞ əsgərlərinin təxliyyəsi prosesinə göstərdiyi köməyə görə Gürcüstana təşəkkür edib.
O, həmçinin ABŞ-ın Gürcüstanla strateji əməkdaşlığın güclənəcəyinə ümid etdiyini də bildirib.
Qeyd edək ki, NATO və ABŞ tərəfindən Əfqanıstanda təxliyyə əməliyyatının keçirildiyi müddətdə Gürcüstanda xüsusi hərbi nəqliyyat mərkəzi yaradılıb və bu ölkə üzərindən 2.5 mindən çox insanın təxliyyəsi həyata keçirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ