Sizin reklam burada
Sizin reklam burada

Uşaq və Gənclər Teatrının direktoru: “Festivalın nəticəsi Azərpaşa müəllimi Teatr Xadimləri İttifaqının sədri vəzifəsindən istefaya "dəvət" idi”

Uşaq və Gənclər Teatrının direktoru: “Festivalın nəticəsi Azərpaşa müəllimi Teatr Xadimləri İttifaqının sədri vəzifəsindən istefaya "dəvət" idi”
(əvvəli bu linklərdə: https://conflict.az/gundem/109758-ntiqam-soltan-sizc-ikinci-yeri-gtrnlrin-ald-pulun-bldrlmsinin-nec-irkin-formada-planladrlmasn-deyib-v-onu-isbat-etmk-mmkndrm.html

https://conflict.az/gundem/109784-azad-v-korifey-sntilr-nazirin-eyhamna-h-deyib-tzdn-bu-qurumun-gnn-qara-eldilr.html

https://conflict.az/gundem/109795-mkdar-artist-teatr-cinaytlrin-bazas-rolunu-oynaya-bildiyi-halda-z-knarda-qala-bilr.html

https://conflict.az/gundem/109826-ntiqam-soltan-teatr-xadimlri-ttifaq-il-azdrama-sonu-faci-il-bitck-uurlu-inkiaf-yolunu-davam-etdirir.html


“Teatr camiəsini məhv edənlərə, hər şeyə, hər kəsə şəxsi prizmasından yanaşanlara, müasir dövrlə ayaqlaşa bilməyənlərə, "diktə" dövründən qurtulmayanlara, tədbirləri quş qoymaq xətrinə edənlərə, "teatrlar arasında tikməli olduğu körpülərin bünövrəsi qoyulmadan basıb pulunu yeyənlərə" bu cəmiyyətdə yer olmayacaq.”


- Teatr Xadimləri İttifaqının son 20-30 illik yarıtmaz fəaliyyətinin nəticəsini mənmi deyim, özünüzmü araşdırıb yazacaqsınız?
- Bir halda ki, söhbət edirik, düşünün ki, bu bilavasitə bizim həm də jurnalist araştırmamızdır.
- Öz aramızdır, arada sizin də diplomatik "gedişləriniz" olur ha... (gülüşürük)
- Hər halda biz müsahibə zamanı müsahiblərimizə uyğun yanaşma metodlarına üstünlük veririk.
- Yəqin ki, məlumatsız deyilsiniz, bu yaxınlarda Mədəniyyət Nazirliyi də şanlı qələbəmizin 1-ci ildönümünə həsr olunmuş "4.4" - qısa tamaşalar festivalı keçirdi. Festivala təxminən 30-a yaxın tamaşa təqdim olunmuşdu. Layihə rəhbərlərinin bəzi məqamlarda festival təcrübəsizliyi özünü büruzə versə də bu məsələyə toxunmaq fikrində deyiləm. Çünki onlar özləri də bu təcrübəsizliyi görərək cəsarət nümayiş etdirdilər. Bu çox təqdirəlayiq haldır. Ən azı Teatr Xadimləri İttifaqındakılardan fərqli olaraq onlar bütün təkliflərə, tənqidlərə açıqdırlar. Çünki vicdanla çalışmışdılar. İş olan yerdə isə nöqsan olmaya bilməz. Amma dediyim kimi məqsədim onları müzakirə etmək deyil. Adətən mətbuatda o şeyləri müzakirə edirlər ki, o məsələləri müzakirə edib bir araya gəlmək üçün iddialı tərəfləri masa ətrafında otuzdura bilmirsən. Bu xüsusilə iki-üç dəfə tamaşaçı alqışı gördükdən sonra başgicəllənmə xəstəliyinə yoluxan "korifeylərə" şamil olunan xüsusiyyətdir. Və məcbur qalıb mediaya üz tutursan ki, bəlkə media vasitəsilə qarşı tərəfin mövqeyini öyrənməklə qaranlıq məqamlara işıq salmaq mümkün oldu. Ümumiyyətlə bilirsiniz sənətkarı məhv edən üç şey var ki, onların biri şöhrətpərəstlikdir. Nə isə sizin və oxucuların diqqətini Mədəniyyət Nazirliyinin keçirdiyi festivala yönəltmək istəyirəm. Daha doğrusu festivalın nəticəsinə. Dediyim kimi festivala 30-a yaxın tamaşa qatılmışdı. O cümlədən bir çox peşəkar teatrlar. Akademik Milli Dram Teatrından tutmuş, rayon teatrlarına qədər. Çoxları bu festivalda təmsil olunurdular. Əlqərəz... Qalib kim oldu, məlumatınız varmı?
- Xeyir.
- "Əsa" teatrı. Bir az dərindən təhlil etsək "Əsa" teatrının qalib olması hansı nəticəyə gəlməyə əsas verir?
– Maraqlıdır. Daha doğrusu sizin hər şeyə özünəməxsus yanaşmanız var deyə, cavab verməyə çətinlik çəkirəm.
- Bəlkə məsuliyyətdən yayınırsınız? (güıüşürük) Niyə çətinlik çəkirsiniz ki? Zatən cavab göz qabağındadır. Ölkənin baş mədəniyyət qurumunun təşkil etdiyi teatr festivalında qeyri peşəkar aktyorlardan ibarət bir kollektiv birinciliyi qazanırsa, demək o ölkədə peşəkar teatrların işi yox səviyyəsindədir. Sözün və ümumiyyətlə fikrin ağırlığını hiss edirsinizmi? Və əgər belədirsə demək ölkədə sırf teatrlarla işləyən yeganə qurum olan Teatr Xadimləri İttifaqının adından başqa heç nəyi yoxdur. O qurumun yalnız adı var.
- Bəs Mədəniyyət Nazirliyi?
- Mədəniyyət Nazirliyində bu işləbir şöbə məşğul olur. O şöbənin də işi yalnız teatrlarla yekunlaşmır. Hələ demirəm ki, orda bu işlə cəmi 3-4 əməkdaş məşğul olur. Ölkədə baş tutan, dövlət səviyyəli mədəni kütləvi tədbirlərin demək olar ki, hamısının ağırlığı həmin bir neçə nəfərin çiynində olur. Teatr Xadimləri İttifaqının işi isə dediyim kimi yalnız teatrlardır və bu qurum teatrların inkişafında maraqlı olmalıdır. Başqa heç nəyin! Bunlar isə kif basmış təfəkkürləri ilə Teatrdan başqa nə iş gəldi məşğul olmaq iddiasındadırlar. Onların işi ölkədə teatr sənətinin inkişafına xidmət etmək olmalıdır. Xüsusilə indiki dövrdə.
- "İndiki dövr" deyərkən?
- Bəli, indiki dövr. Bir çox ağzıgöyçəklər bu gün teatr erasının bitdiyini iddia edirlər. Lakin onlar yanılırlar. Azərpaşa müəllim və onun komandası isə bu cür ağzıgöyçəklərin dəyirmanına öz fəaliyyətsizlikləri ilə su tökməklə məşğuldurlar. Uzun sözün qısası Az da olsa özünə hörmət edən icma rəhbəri festivalın bu cür nəticəsindən sonra istefaya getməli idi. Özü də komandası ilə birlikdə. Hər iki festivalın nəticəsi Azərpaşa müəllimi Teatr Xadimləri İttifaqının sədri vəzifəsindən istefaya "dəvət" idi ki, Allah təala tərəfindən ona xüsusi olaraq göndərilmişdi. Bəli, getməli idi, hörmətlə, izzətlə. Getsə idi bir ağsaqqal kimi yenə bütün məsləhət və nəsihətləri dinlənilərdi. Amma bunu etmədi. Bu cür addımı atmaq üçün insanda adillik və cəsarət lazımdır. Teatr camiəsini məhv edənlərə, hər şeyə, hər kəsə şəxsi prizmasından yanaşanlara, müasir dövrlə ayaqlaşa bilməyənlərə, "diktə" dövründən qurtulmayanlara, tədbirləri quş qoymaq xətrinə edənlərə, "teatrlar arasında tikməli olduğu körpülərin bünövrəsi qoyulmadan basıb pulunu yeyənlərə" bu cəmiyyətdə yer olmayacaq. Özünə hörmət edən hər hansı bir yüksək çinli qohumun bu cür "cəmiyyət qandallarına" görə kiməsə ağız açması keçmişdə qaldı. Bu günün tələbi bambaşqadır. Dünən kiməsə desəydin ki, filan icra hakimiyyətinin başçısı, hansısa nazir həbsxanada yatacaq, səni axmaq yerinə qoyub barmaqlarına sarıyardılar. Amma bu gün dövr başqa, zaman başqadır.
- Əlbəttə, demokratiyanın öz tələbləri var.
- Demokratiya... Adətən cəmiyyətlərə demokratiyanın nə demək olduğunu teatr izah edir. O cəmiyyətdə ki, teatr camiəsini demokratik qaydalara riayət etməyə siyasi hakimiyyət və ya azından rəsmi qurumlar dəvət edəcək, o teatr icmasının mövcud olmaq hüququ yoxdur. O icmanı dağıtmaq, yerləşdiyi məkanı isə başdan ayağa keyfiyyətli spirtlə dezinfeksiya etmək lazımdır. Hansı ki, o proses uzaqda deyil. İnanın ki, ayrı-ayrılıqda mənə gələn zənglər, sms-lər çox şeyi deyir. Amma çox heyif ki, teatr adamlarının çoxunun çəsarətini məhv edə biliblər. İncəsənət müqəvvalar yeri deyil. Bu cəmiyyətin rəhbərliyi yalnız kölə "sənətçiləri" sevir. Mən sizə yüzlərlə faktlar sadalayaram. Bilirsinizmi konkret faktlardan niyə qaçıram?
- Niyə?
- Mənim sözlərimi yalana çıxarmaq üçün məsələn, mövcud olmayan hansısa labaratoriyanı əlüstü yaradıb məni böhtançı kimi qələmə verib hücumlar təşkil edəcəklərinə görə. Mən bir də təkrar edirəm. Bütün mən dediklərim VİCDAN məsələsidir. Sadəcə əlini qoyasan (mövcuddursa – İ.S.) o vicdanına və deyəsən ki, "axı bu köpəyoğlu düz deyir." Elə gözəl faktlar var ki, TXİ-də olan hər kəsi mənən yerlə yeksan etməyə çatar. Sadəcə bu dəqiqə mənim tələbim başqa şeydir. Adı çəkilən iki tamaşanın tamaşaçılar qarşısında birgə nümayişi. Və məğlub olan kəsin meydandan çəkilməsi. Amma buna getmirlər. Bilirsinizmi niyə?
-Niyə?

Ardı var

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ