Sizin reklam burada
Sizin reklam burada

"Onun təxəllüsü Timofeyevdir"

"Onun təxəllüsü Timofeyevdir"
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Rusiya xüsusi xidmət orqanlarının agentidir. O, “Timofeyev” təxəllüsü ilə fəaliyyət göstərir.
Bunu Ukrayna Daxili İşlər Nazirliyinin ehtiyatda olan generalı Gennadi Moskal deyib.
“Ruslar soruşurlar ki, Timofeyev sizə nə edir? Deyirəm, nə Timofeyev? Bu, Rusiyanın Ukraynadakı agenti Andrey Yermakdır. Onun təxəllüsü də Timofeyevdir", - Moskal bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Vasili Burban bir müddət əvvəl Ukrayna hakimiyyət orqanları arasında Rusiyanın maraqlarına xidmət edən agentin olduğunu demişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ