Sizin reklam burada
Sizin reklam burada

"Prosesin ATƏT-in Misnk Qrupunun vasitəsilə davam etməsini dəstəkləyirik”

"Prosesin ATƏT-in Misnk Qrupunun vasitəsilə davam etməsini dəstəkləyirik”
İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ermənistan və Azərbaycan arasında sərhəddə Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə edilməsini alqışlayıb.
Bu barədə Ann Linde öz Tvitter səhifəsində yazıb.

“Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla söhbət etdim. Ermənistan və Azərbaycan arasında sərhəddə Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olunmasını alqışlayırıq. İnsan tələfatına görə təəssüfümüzü bildiririk. Prosesin ATƏT-in Misnk Qrupunun və şəxsi nümayəndəm vasitəsilə davam etməsini dəstəkləyirik”, - Ann Linde yazıb.

Qeyd edək ki, sərhəd müzakirəsində ATƏT-in Minsk Qrupunun heç bir mandatı yoxdur və A.Lindenin bu məsələdə MQ-nin vasitəçiliyini dəstəkləməsinin hədəfi də aydın deyil.

Conflict.az

  • Sosial şəbəkədə paylaş