Sizin reklam burada
Sizin reklam burada

"Onlar başqalarını qorumaq üçün cəmiyyətin qalan hissəsi qarşısında məsuliyyət daşıyırlar"

"Onlar başqalarını qorumaq üçün cəmiyyətin qalan hissəsi qarşısında məsuliyyət daşıyırlar"
Almaniyada koronavirus pandemiyasının dördüncü dalğası davam etdiyi üçün hələ də peyvənd olunmamış insanlar başa düşməlidirlər ki, onlar başqalarını qorumaq üçün cəmiyyətin qalan hissəsi qarşısında məsuliyyət daşıyırlar.
Bunu Almaniya kansleri vəzifələrini icra edən Angela Merkel deyib.
Yeni Zelandiya baş naziri Casinda Ardernin dəvətiylə Asiya-Sakit okean biznes sammitində çıxış edərkən Merkel bildirib ki, siyasətçilərin vəzifəsi ictimaiyyətə bunun vacib olduğunu aşılamaqdan ibarətdi.
Son həftələrdə Avropada yoluxma sayında ciddi artımlar müşahidə olunur. Mütəxəssislər, xüsusilə peyvənd olunmamışların yaşlı və virusa daha həssas insanları yoluxdurduqları üçün, səhiyyə sisteminin yenidən həddindən artıq yülənməsindən narahatdırlar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş