Sizin reklam burada
Sizin reklam burada

İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”

İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”
Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi “QALİB OLAN AZƏRBAYCAN” tamaşalar festivalı haqqında mətbuat davamlı olaraq zidiyyətli məlumatlar dərc edir. Conflict.az teatrı məbəd hesab edənlərin mübahisə səbəblərini öyrənmək üçün Bakı Uşaq və Gənclər Teatrının rəhbəri, əməkdar artist İntiqam Soltanla əlaqə saxladı. Olduqca maraqlı, hətta məbədin qutsalına xələl gətirəcək məqamlar ortaya çıxdı.
- İntiqam müəllim, əvvəlcə ondan başlayaq ki, nə baş verir?
- Yəqin ki, Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi, şanlı qələbəmizin 1-ci ildönümünə həsr olunmuş “QALİB OLAN AZƏRBAYCAN” tamaşalar festivalı haqqında məlumatınız var. Həmin festivala 10 teatr və bir müstəqil iş qatılmışdı. Uzun sözün qısası, hər dəfə olduğu kimi bu dəfə də çox böyük haqsızlıqla qarşılaşdıq... Belə ki, əvvəlcədən ən yaxşı tamaşalardan biri kimi dəyərləndirilən Bakı Uşaq və Gənclər Teatrının quruluşçu rejissoru İlhamə Əhmədovanın "Cənnətə bilet" tamaşası sonradan dəyişdirilərək lap sonuncu yerə layiq görüldü. "Xüsusi diploma"...
- Əlinizdə rəsmi nəsə var? Yəni qalib olmağınızla bağlı dəlil...
- (istehza ilə gülür) Yox... Bu məsələdə baş rolu vicdan oynayır...
- Bəs sizin bu iddialarınız nəyə əsaslanır?
İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”
- Əslində əlimizdə xeyli faktlar var. Çünki TXİ daxilində bizim dostlarımız çoxdur. Rəhbərlikdə təmsil olunanlardan tutmuş sıravi əməkdaşlara qədər. Bir sözlə oradakı haqsızlıqlarla barışmayanların hamısı. Ona görə də münsiflər heyətinin müzakirəsindən tutmuş ilkin qərarlarına qədər hamısını bilirik və əlimizdə 10-a qədər səs yazısı var. Lakin mən məğlubiyyəti boynuma alaram, amma o səs yazılarını üzə çıxarmaram. Söhbətlərin müəllifinin adını çəkmərəm. Çünki bu da mənim tərəfimdən vicdan, əxlaq məsələsidir. Əks halda o adamların çörəyinə bais olaram. Baxın, sizə bir sual verim. Siz təsəvvür edə bilərsinizmi ki, məsələn, dahi sənətkar, xalq artisti Hacı İsmayılov yüzlərlə gözəl obrazların ifaçısı olduğu, TXİ-nin rəhbərliyində təmsil olunduğu halda vicdanının səsindən kənar nəsə desin?
- Yox, inanmıram.
İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”
- Görürsünüzmü, mən də inanmıram. Amma... Ona görə də sənədlər tam "qaydasındadır". Yəni TXİ-nin sədri istədiyi kimi... Əgər elə olmasa idi, tamaşaların qəbulu bitəndən 10 gün sonra Milli Dram Teatrı hazırlamağa başladığı (hərçənd ki, bunun bizə dəxli yoxdur) tamaşanı qəbul bitəndən isə 17 gün sonra təqdim etməyə cəsarət eləməzdi.
- Belə bir şey mümkündürmü yəni?!
- Rəsmi sənədlər deyil, rəsmi şahidlər arasında araşdırma aparın onda əmin olarsınız. Mümkün olmayan şeyləri Azərpaşa müəllimin atalıq qayğısı sayəsində mümkünə çeviriblər. Bir sual da verim? Sizcə Akademik Milli Dram Teatrının əvəzinə Bakı Uşaq və Gənclər Teatrı tamaşaların qəbul vaxtı bitəndən 17 gün sonra öz tamaşasını festivala təqdim etsəydi, onu qəbul edərdilərmi? Amma rəsmi sənədləri araşdırsanız bu başqa cür göstərilə bilər. Azdramanın tamaşanı nə vaxt təhvil verməsini nəzərdə tuturam. Başqa bir misal. Biz gözəl bilirik ki, Milli Dram Teatrın tamaşası (monotamaşası) 57 dəqiqə olduğu halda münsiflər heyətinin kəskin tənqidindən (nəzakətli tövsiyələrindən) sonra tamaşanın bir günün içərisində 27 dəqiqəsini ixtisar ediblər. Tamaşanı tam bir insana bənzətsək və onu iki yerə böldükdən sonra o insanın gözəllik müsabiqəsində qalib olmasına inanırsınızmı və ya buna necə baxırsınız?!
- İnanın heç bir fikrim yoxdur. Çünki bu mümkün olan iş deyil.
- Görürsünüzmü, bizdə mümkündür. Hələ ki, münsiflər heyətinin həmin tamaşa ilə bağlı daha biabırçı təklifini (müdrik nəsihətini) açıqlamıram.
İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”
- Konkret ad çəkmirsiniz.
- Çəkmirəm, bəli. Çünki o adın müdafiəsinə qalxanlar çox olacaq. Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?! Görürsünüzmü, dinmirsiniz. Konkret ad necə çəkə bilərəm ki, bu bir şəbəkədir. O şəbəkəninsə nədən ibarət olduğunu lazım olsa deyəcəm. Adətən bizdə qurulan şəbəkələrin həmmüəllifi yox müəllifi olur. Və şəbəkədə olan fərdlər hamısı o şəbəkənin müəllifindən asılı olurlar. Burda "asılı" sözü xüsusi vurğuludur. İndi mən bir nəfərin adını çəksəm onlar hamısı mənim əleyhimə bütün mövcud rıçaqlarını işə salacaqlar. Çünki şəbəkə müəllifinin göstərişi belə olacaq. Həm də şəbəkəyə daxil olanların hamısı eyni kəndirdən asılıblar axı. Yəqin ki, bizim cəmiyyətdəki rıçaqların nədən ibarət olduğunu bilirsiniz?
İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”
- Hər halda oxucularımız üçün maraqlı olar.
- Biri beş nəfər özü kimi saxtakar, dövlətə yük olan lakin əlində imkan olan məmurun xidmətindən istifadə edəcək, digəri hansısa arvad qohumunun imkanlarından (səlahiyyətlərindən) yararlanacaq, biri mənə böhtan atdıracaq, digəri hədə-qorxu gələcək, qabağımı kəsəcək, hətta kimsə mənə şirnikləndirici vədlər verəcək və s. Hansı ki, dəfələrlə başıma gətirilib. Vaxtı çatanda bunları da açıqlayacam. Bir hakim fikir var ortada (şəbəkə müəllifinin təqdimatında) - "İntiqam-Soltan gəlsə, siz bütün əlinizdə olanlardan məhrum olacaqsınız." Amma inanın ki, yanlış fikirdir. Mənim Uşaq və Gənclər Teatrına bina verilməsindən başqa heç bir iddiam yoxdur. İnanın ki, yoxdur. Mən bu ölkəni onun dövlətini, millətini, mədəniyyətini sevirəm. TXİ kimi öz üzvlərinə laqeyid qurumun yenilənməsindən başqa heç bir istəyim yoxdur. Mən axı kabinet adamı deyiləm.
İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”
- Festival afişalarında Mədəniyyət Nazirliyinin də loqosu var axı.
- (gülür) Onlar (TXİ) öz işlərində püxtələşiblər. TXİ nazirliyin loqosundan çətir kimi istifadə etməyi xoşlayır. Həmin ərəfədə Mədəniyyət Nazirliyi özü 4.4 qısa tamaşalar festivalı keçirirdi. Və başları yetərincə qarışıq idi. Nazirliyin inamından sui istifadə edən TXİ narazı qalan iştirakçıların həmin loqonun xətrinə dinməyəcəklərini düşünür. Amma əslində isə öz çirkin əməlləri ilə Mədəniyyət Nazirliyinin də imicinə zərbə vururlar. TXİ rəhbərliyi və onun çirkin oyununda iştirak edənlərin hamısı...
- İntiqam müəllim, axı TXİ-nın qurultayında siz də iştirak etdiniz.
-
Ardı var.
İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”
İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”
İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”
İntiqam Soltan: Sizcə ikinci yeri götürənlərin aldığı pulun bölüşdürülməsinin necə çirkin formada planlaşdırılmasını deyib və onu isbat etmək mümkündürmü?”
Conflict.az

  • Sosial şəbəkədə paylaş