
Bombalanmış ölkələrdən insanlar Belarusa gəlir və sərhədə gedirlər. İnsanlar pul qarşılığında bu keçidi təşkil edirlər.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O vurğulayıb ki, pul müqabilində köçləri təşkil edənlər belaruslar deyil:
"Biz bu zənciri izləyirik. Polşada yaxalananlar özlərini ifşa etmək məcburiyyətində qaldılar. Onların arasında belaruslar yox idi. İki rus, insanları ölkəyə buraxan onlarla alman, ilk növbədə polyaklar, ukraynalılar və litvalılar. Deməli, bu miqrantların köçünü təmin edən bir mafiya quruluşu var", - deyə Lukaşenko bildirib.
Qeyd edək ki, hazırda Belarus-Polşa sərhədində 2 mindən çox miqrant cəmləşib.
Conflict.az
