Sizin reklam burada
Sizin reklam burada

"Məni özü ilə aparmayıb”

"Məni özü ilə aparmayıb”
Rusiya və Belarus İttifaq dövlətinin Ali Şurasının bu gün keçirilən onlayn toplantısının sonunda Aleksandr Lukaşenko maraqlı çıxış edib.
O, söz alaraq, Putindən şikayətçi olduğunu bildirib.
Videodan da görünür ki, Putin bu sözdən təəccüblənib və diqqətlə qulaq asıb.
Lukaşenko deyib ki, Belarusun Ukrayna ilə münasibətləri səbəbindən Ukrayna hava məkanından istifadə edərək Krıma gedə bilmir.
“Putin isə hər dəfə məni özü ilə Krıma aparacağına söz versə də, etmir. Bax, bu gün gedib, məni isə özü ilə aparmayıb”, - Belarus lideri bildirib.
Putin isə gülərək, həqiqətən Sevastopolda olduğunu, Lukaşenkonu burda görməkdən şad olacağını vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş