
Rusiya Prezidenti Vladimir Putin və Çin dövlət rəhbəri Si Szinpinin Qlazqoda keçirilən sammitə gəlməməsinə hörmətlə yanaşıram.
Bu sözləri Böyük Britaniya Baş naziri Boris Conson deyib.
“Mən onunla (Szinpin – red.) telefonda danışdım. O, pandemiyadan dolayı sammitə gəlmək istəmədi. Bu, həmçinin Putinə də aiddir. Hörmətlə yanaşmaq lazımdır”, - deyə Conson bildirib.
Qeyd edək ki, Qlazqoda BMT-nin iqlim dəyişikliklərinə həsr olunan sammiti baş tutub.
Conflict.az