
Yeni F-16-ın modernizasiyası və alışı məsələsində ABŞ Prezidenti Co Baydenin müsbət mövqeyinin şahidi oldum.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə Romada görüşü barədə mediaya açıqlamasında deyib.
“Müdafiə nazirləri prosesi yaxından izləyir. Baydenlə görüşdə Şərqi Aralıq məsələsi heç gündəmə gəlmədi. Əfqanıstanda kütləvi miqrasiya axınına qapılarımızı açmaq niyyətində deyilik. Avropa Birliyinin öz ordusunu yaratması mümkün layihə deyil, ola bilməz!”, - deyə Ərdoğan bildirib.
Conflict.az