Sizin reklam burada
Sizin reklam burada

"Qara dənizə ehtiyacımız var”

"Qara dənizə ehtiyacımız var”
“Co Bayden administrasiyası Rusiyaya qarşı qətiyyətsiz siyasət yürüdür».
Bunu ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general Ben Hodces Ukraynanın “Hromadske” telekanalına müsahibəsində deyib.

“Rusiya və İranı cilovlamaq, həmçinin regiondakı müttəfiqlərimizi və dostlarımızı qorumaq üçün Qara dənizə ehtiyacımız var”, - general bildirib.

Onun sözlərinə görə, Ağ Evin hələ də Qara dəniz hövzəsi ilə bağlı dəqiq strategiyası yoxdur. Eyni zamanda, Hodces Vaşinqtonun bu məsələ üzərində cidd-cəhdlə işlədiyini təsdiqləyib.

General bildirib ki, bu gün ABŞ Rusiyaya diplomatik təzyiqi artırmalı, həmçinin Ukrayna və Türkiyə ilə münasibətləri gücləndirməlidir. O, həmçinin Ukrayna və Gürcüstanın NATO üzvü olacağına ümid etdiyini söyləyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş