Sizin reklam burada
Sizin reklam burada

"Pandemiya dünya bu infeksiyanın sona çatmasına qərar verəndə bitəcək"

"Pandemiya dünya bu infeksiyanın sona çatmasına qərar verəndə bitəcək"
Dünyada tibb də daxil olmaqla, koronavirus pandemiyasını məğlub etmək üçün bütün lazımi vasitələr var, lakin bu imkanlardan düzgün istifadə edilmir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus deyib.

ÜST rəhbəri pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı suala bu cür cavab verib:

"Pandemiya dünya bu infeksiyanın sona çatmasına qərar verəndə bitəcək. Bu bizim əlimizdədir".

ÜST rəhbəri deyib ki, hər həftə təxminən 50 min insan ölür və pandemiya bitmək bilmir:

"2021-ci ilin sonuna qədər hər ölkə əhalisinin ən azı 40%-ni koronavirusa qarşı peyvənd etməlidir".

Conflict.az

  • Sosial şəbəkədə paylaş