Sizin reklam burada
Sizin reklam burada

"Yalnız iki ildən sonra onlar bunun qeyri-real olduğunu anladılar"

"Yalnız iki ildən sonra onlar bunun qeyri-real olduğunu anladılar"
Ukraynaya hər hansı genişmiqyaslı hücum Rusiya ordusunun sonu olacaq.
Bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Rusiya hərbçiləri peşəkardırlar, çox yaxşı başa düşürlər və Rusiya rəhbərliyinə bildirirlər ki, Ukraynaya istənilən genişmiqyaslı hücum rus ordusunun və Rusiya Federasiyasının sonu olacaq. Onlar sadəcə təhdid edir", - deyə o bildirib.

Onun sözlərinə görə, təhdidlərin hədəfi Kiyevi qorxutmaq və “rus şıltaqlığına" boyun əyməyə məcbur etməkdir:

"Yalnız iki ildən sonra onlar bunun qeyri-real olduğunu anladılar. Nə cəbhədəki, nə də beynəlxalq təhdidlər heç nəyə gətirib çıxarmayacaq. Ən yaxşısı Normand və Minsk formatlarına uyğun danışıqlar aparmaqdır".

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ