
Taliban hakimiyyəti Əfqanıstanda yeni iş yerləri ilə bağlı layihə çərçivəsində işləyəcək şəxslərə maaşı buğda ilə ödəyəcək.
Buna səbəb kimi ölkədə yaşanan iqtisadi böhran göstərilir.
Bildirilir ki, 40 min insana iş yerləri açılacaq. Fəhlələrə 10, ixtisaslı şəxslərə isə günlük 16,5 kq buğda veriləcək.
Əfqanıstanın İnkişaf Agentliyinin rəhbər köməkçisi Riyazəddin Şərifi bildirib ki, ölkə olduqca ağır dövrdən keçməkdədir. O, layihənin əvvəlcə paytaxt Kabildə, daha sonra ətraf əyalətlərdə tətbiq ediləcəyini deyib.
Conflict.az