Sizin reklam burada
Sizin reklam burada

“Peyvəndlər bu qışı keçməmizə kömək edəcək"

“Peyvəndlər bu qışı keçməmizə kömək edəcək"
Böyük Britaniyanın Baş naziri Boris Conson ölkə vətəndaşlarını koronavirus peyvəndinin 3-cü dozasını vurdurmağa çağırıb.
BBC xəbər verir ki, bu barədə hökumət başçısının yaydığı bəyanatda deyilir.
“Peyvəndlər bu qışı keçməmizə kömək edəcək. Biz fenomenal irəliləyiş əldə etmişik, lakin işimiz hələ tamamlanmayıb. Məlumdur ki, peyvəndlərin təmin etdiyi qorunma altı aydan sonra zəifləyə bilər. Sevdiklərinizi və ətrafınızdakıları qorumaq üçün 3-cü doza üçün dəvət aldıqda peyvənd olunmağa tələsin”, deyə baş nazir vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ