Sizin reklam burada
Sizin reklam burada

Robot diplomatik böhrana səbəb oldu

Robot diplomatik böhrana səbəb oldu
Dünyanın ilk ultra-realist, rəssam robotu Ai-Da sərgi açılışına getdiyi Misirdə gömrük işçiləri tərəfindən saxlanılıb.

Onun cəsus təşkilatının üzvü olmasından şübhə edilib.

10 gün Misir gömrüyündə saxlanılan robot diplomatik böhrana səbəb olub.

Ai-Danı hazırlayan Aidan Meller bildirib ki, Böyük Britaniya robotu qurtarmaq üçün müdaxilə edib və çox gərgin anlar yaşanıb.

O qeyd edib ki, robot əvvəlcə modemi olduğu üçün, sonra gözlərində kameralar olduğu üçün saxlanılıb.

Nəhayət dünən axşam, sərginin başlamasından bir neçə saat əvvəl Ai-Da sərbəst buraxılıb. Qahirədəki Britaniya səfirliyi problemin həllindən məmnun olduqlarını bildiriblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ