Sizin reklam burada
Sizin reklam burada

"Əsas məsələ sərhəddəki situasiyanın tənzimlənməsidir"

"Əsas məsələ sərhəddəki situasiyanın tənzimlənməsidir"
Moskva Azərbaycanla Ermənistana sərhəd məsələsində yardım edə bilər.
Bu sözləri Rusiya lideri Vladimir Putin Valday forumundakı çıxışında deyib.

O bildirib ki, Rusiya sərhəd məsələsində açar rolunu oynaya bilər:

“Bu gün əsas məsələ sərhəddəki situasiyanın son tənzimlənməsidir. Burda, əlbəttə, Rusiyanın iştirakı olmadan nəsə etmək mümkün deyil. Burda bizə kimsə lazım deyil – yalnız Azərbaycan, Ermənistan və Rusiya. Çox sadə və praqmatik məsələlər var: bəli, Rusiya ordusunun Baş Qərargahında xəritələr mövcuddur, orda müttəfiq respublikaların sovet dövründəki sərhədləri göstərilib. Orda elə məsələlər var ki, qarşılıqlı kompromis tələb edir: hansısa yerdə nələrisə dəyişmək, hansısa yerdə götürmək... Yalnız bu cür tanınmaqla hər iki tərəfə sərfəli ola bilər”.

Putin əlavə edib ki, Rusiya çoxtərəfli nizamlama formatını da təklif edir, o cümlədən Minsk Qrupunun aktivləşməsini.

Conflict.az

  • Sosial şəbəkədə paylaş