
Taliban hərəkatı təkcə Rusiyanın deyil, digər diplomatik korpusların da təhlükəsizliyinə zəmanət verir.
Bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
O, Rusiyanın Məzari-Şərifdəki Baş Konsulluğunun işinin nə vaxt bərpa olunacağı ilə bağlı sualı cavablandırarkən deyib: “Bu, baş verə bilər. Biz bununla bağlı idarələrarası formatda işləyirik".
Onun sözlərinə görə, Taliban hərtərəfli hökumət qurmağa müvəffəq olacaq.
Conflict.az
