Sizin reklam burada
Sizin reklam burada

"Prezident bu qanunu imzalamaq əzmindədir"

"Prezident bu qanunu imzalamaq əzmindədir"
Polşa Prezidenti Andjey Duda Belarusla sərhəddə hasarın inşası haqqında qanunu imzalamağa qərar verib və bunu bir neçə gün ərzində həyata keçirəcək.
Bu açıqlama ilə ölkənin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox çıxış edib.

"Cənab Prezident bu qanunu imzalamaq əzmindədir", - Solox söyləyib.

Qeyd edək ki, Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, oktyabrın əvvəlindən Belarusdan Polşaya sərhədi qanunsuz keçmək üçün 10 minə yaxın cəhd qeydə alınıb. Sentyabrın əvvəlindən bəri təxminən 20 min belə cəhd olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş