Sizin reklam burada
Sizin reklam burada

"Razılaşma hədəfləri daha yaxşı müşahidə etməsinə və vurmasına imkan verəcək"

"Razılaşma hədəfləri daha yaxşı müşahidə etməsinə və vurmasına imkan verəcək"
Pentaqon rəsmiləri bu ay ABŞ-ın anti-terror qüvvələrinin Özbəkistanda yerləşdirilməsinin mümkünlüyünü müzakirə edəcək.
Bu barədə "Politico"ABŞ ordusunun planları ilə tanış olan konqresdəki mənbələrə istinadla məlumat yayıb.

"Gündəmin başında "üfüqdə" antiterror qüvvələrinin yerləşdirilməsi olacaq. Belə bir razılaşma ABŞ ordusunun Əfqanıstandakı hədəfləri daha yaxşı müşahidə etməsinə və vurmasına imkan verəcək", - mənbə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Co Bayden administrasiyası Əfqanıstanla həmsərhəd olan ölkələrlə bu cür razılaşmaları müzakirə etmək istədiyini açıqlayıb. Lakin konkret nəticələr barədə heç bir məlumat verilməyib. Birləşmiş Ştatlar Əfqanıstanda 20 illik mövcudluğundan sonra avqust ayında bu ölkədə qoşunlarını çıxardı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş