Sizin reklam burada
Sizin reklam burada

“Yaşıllar” ölkədə yeni neft və qaz yataqlarının işlənməsinə qarşı çıxdılar

“Yaşıllar” ölkədə yeni neft və qaz yataqlarının işlənməsinə qarşı çıxdılar
“Greenpeace” hərəkatının fəalları Britaniya Baş nazirinin iqamətgahı önündə etiraz aksiyası təşkil ediblər.

Onlar Boris Consonun neftə bulaşmış heykəli ilə iqamətgahın yerləşdiyi Dauninq-Strit küçəsini bağlayıblar.

Bu yolla “yaşıllar” ölkədə yeni neft və qaz yataqlarının işlənməsinə qarşı çıxıblar. Aksiya zamanı fəallar enerji qiymətlərinin yüksəlməsi fonunda ənənəvi mənbələrdən imtina etməyin və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş