
İranın havadan müdafiə qüvvələri ölkənin mərkəzi regionlarında təlimlərə başlayır.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, keçiriləcək təlimlər döyüş hazırlığının artırılması, havadan müdafiə qüvvələrinin gücləndirilməsi və düşmənin mümkün təcavüzünün qarşısının alınmasına yönəlib.
Təlimlərdə yüksəkdəqiqlikli silahlardan qorunma texnologiyası, qanadlı raketlər, həmçinin “görünməz” təyyarələrdən istifadə ediləcək.
Conflict.az