Sizin reklam burada
Sizin reklam burada

"Əsl prezident ölkəsinin maraqlarını ustalıqla müdafiə edən bir insandır"

"Əsl prezident ölkəsinin maraqlarını ustalıqla müdafiə edən bir insandır"
Ukraynanın sabiq nəqliyyat və kommunikasiya naziri, keçmiş deputat Yevgeni Çervonenko “NAŞ” telekanalının efirində Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə münasibətləri necə yaxşılaşdıra biləcəyi barədə danışıb.
Siyasətçinin fikrincə, bunun üçün Rusiya Prezidentini ad günü münasibətilə təbrik etmək lazım idi.
“Mən Prezident Zelenskinin yerində olsaydım, həmin gün dəstəyi əlimə götürüb zəng vurardım. Həmin gün bir çox düşmən dost olur”, - deyə Çervonenko deyib.
O qeyd edib ki, iki dövlətin liderləri ilk növbədə şəxsi münasibətlərdən yox, işgüzar məsələlərdən danışmalıdırlar: “Dost olmaq lazım deyil, ləyaqətlə danışmaq lazımdır. Prezidentlər yalnız şərti mənada dost ola bilərlər”.
Çervonenko əlavə edib ki, onun fikrincə, əsl prezident ölkəsinin maraqlarını ustalıqla müdafiə edən bir insandır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş