
Rusiya Avropa bazarına tədarükü məhdudlaşdıraraq qaz qiymətlərində artım yaradır.
Bunu ABŞ konqresmeni Maykl Makkol deyib.
Makkol qeyd edib ki, Kremlin bu addımları Şimal Axını-2 boru kəmərinin istifadəyə verilməsini sürətləndirməyə hesablanıb.
"Kreml Avropaya qaz tədarükünü dayandırır, bu da qaz qiymətlərinin kəskin artmasına və qitədə qış ərəfəsində ehtiyatların azalmasına səbəb olur".
O, ölkə rəhbərliyini Şimal Axını-2 ilə bağlı Rusiyaya sanksiyaları genişləndirməyə çağırıb.
Conflict.az