Sizin reklam burada
Sizin reklam burada

“Ölkəmiz regional oyunçularla dialoqu davam etdirmək siyasəti həyata keçirir”

“Ölkəmiz regional oyunçularla dialoqu davam etdirmək siyasəti həyata keçirir”
Rusiya tərəfi Cənubi Qafqaz regionunda geosiyasi sabitliyin və təhlükəsizliyin qorunması prioritetindən çıxış edir.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova həftəlik brifinqdə çıxış edərkən söyləyib.

M.Zaxarova vurğulayıb ki, İran tərəfinin açıqlamalarını onların öz rəsmi nümayəndələri şərh etməlidir. Moskvanın mövqeyi isə dəyişməz olaraq qalır.

“Ölkəmiz bütün regional oyunçularla dialoqu davam etdirməklə uyğun bildiyi hərtərəfli siyasət həyata keçirir” – deyə M.Zaxarova bildirib.

M.Zaxarova Rusiya, İran, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin iştirakı ilə “3+3” formatının yaradılması təşəbbüsünü də xatırladaraq İran tərəfinin buna müsbət münasibətini qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş