
Əfqanıstanda amerikalılardan qalan silahların ümumi dəyəri 85 milyard dollardan çoxdur.
Bunu Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.
“Açığı bu rəqəm dəhşətə gətirir. Düşünün: 22 min zirehli texnika, 176 artilleriya qurğusu, 8 min yük maşını, təyyarə, yüzlərlə silahlanmış helikopter...” - deyə Şuqayev bildirib.
O, ABŞ ordusunun Əfqanıstandan çıxmasına belə münasibət bildirib:
“Daha pis ssenari düşünmək çətin olardı”.
Conflict.az
