Sizin reklam burada
Sizin reklam burada

ABŞ Cənubi Kiprə hərbi texnika satışının müddətini daha bir il uzatdı

ABŞ Cənubi Kiprə hərbi texnika satışının müddətini daha bir il uzatdı
ABŞ-ın Cənubi Kiprə hərbi texnika satışının davam etdirilməsi qərarını daha bir il uzatması qəbuledilməzdir.
Bu barədə Şimali Kipr Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada ABŞ-ın yeni siyasətinin Cənubi Kiprə yalnız hərbi texnika ixracı ilə məhdudlaşmadığı, həm də birgə təlimlər və digər hərbi fəaliyyətlərin təşkilinin nəzərdə tutulduğu vurğulanıb.
Bildirilib ki, bölgədə sabitliyin qurulmasını dəstəklədiyini iddia edən ABŞ-ın Cənubi Kiprə bu cür yanaşması ada və bölgədə gərginliyi artırmaqdan başqa bir məqsəd daşımır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş