
ABŞ hərbi kontingentinin bir hissəsinin Əfqanıstanda qalması, Talibanla müharibənin davam etməsi demək idi. ABŞ prezidenti Co Bayden bu əməliyyatın bundan sonra da aparılmasına razılıq verməyə istəmirdi.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Ağ Evin nümayəndəsi qeyd edib: "Prezidentə, milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandasına təqdim olunan bir sıra fikirlər var idi. Bu da verilən ifadələrdə təsdiqlənib".
Onun sözlərinə görə, bu, "Taliban" hərəkatı ilə müharibə, ABŞ hərbçiləri arasında potensial itkilər demək idi:
"Və prezident sadəcə belə bir qərar verməyə hazır deyildi. Bunun Amerika xalqının, qoşunlarımızın maraqlarına uyğun olduğunu düşünmürdü".
Conflict.az