Sizin reklam burada
Sizin reklam burada

"Fəsadı ola bilər"

"Fəsadı ola bilər"
Taliban ABŞ-ı pilotsuz uçan aparatların bu gün Əfqanıstanın hava məkanına qanunsuz daxil olmaqda ittiham edib.
Müvafiq bəyanat hərəkatın nümayəndəsi Zabihullah Mücahidin tvitter səhifəsində dərc edilib.
Məlumatda deyilir ki, ABŞ pilotsuz təyyarələrini hava sahəmizə göndərməklə "Əfqanıstan İslam Əmirliyi"nin suverenliyini və beynəlxalq hüquq normalarını pozub:
"Belə halların qarşısı alınmalıdır. Biz ABŞ-ı Taliban və Vaşinqton arasında imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun fəsadı ola bilər".

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ